...

Azərbaycan beş il ərzində elmə dövlət xərclərini 55 faiz artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2012 14:06 (UTC +04:00)
Son beş ildə (2009-2013-cü illər) Azərbaycan dövlət büdcəsinin elmə çəkdiyi xərclər 55 faiz, təhsilə isə 33,3 faiz artıb.
Azərbaycan beş il ərzində elmə dövlət xərclərini 55 faiz artırıb

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir A.Axundov/

Son beş ildə (2009-2013-cü illər) Azərbaycan dövlət büdcəsinin elmə çəkdiyi xərclər 55 faiz, təhsilə isə 33,3 faiz artıb.

Trend-in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2013-cü il və növbəti 3 il üçün dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Bu dövrdə səhiyyəyə çəkilən xərclər 65,6 faiz, sosial təminata 72 faiz, idmana isə 82 faiz artıb", - Şərifov qeyd edib.

Onun sözlərinə görə, gələn il dövlət büdcəsinin gəlirləri 19,154 milyard manat (2013-cü il üçün proqnozlaşdırılan ÜDM-in 34,2 faizi), xərcləri isə 19,81 milyard manat (ÜDM-in 35,2 faizi) həcmində proqnozlaşdırılır.

Gözləntilərə əsasən, 2013-cü ildə gəlirlər bu ilin proqnoz göstəricilərini 2,116 milyard manat və ya 12,4 faiz, 2011-ci ilin faktiki göstəricilərini isə 3,453 milyard manat və ya 22 faiz üstələyəcək.

Ölkə ÜDM-də büdcə gəlirlərinin xüsusi çəkisi 2012-ci ilin sonuna proqnozlaşdırılan məlumatlara nisbətən 1 faiz bənd, xərclərin payı isə 0,9 faiz bənd artacaq.

"2013-cü ilin büdcə kəsiri 656 milyon manat (ÜDM-in 1,1 faizi) səviyyəsində proqnozlaşdırılıb. Bu rəqəm 2012-ci ilin büdcəsində 634 milyon manatdır (ÜDM-in 1,2 faizi)", - nazir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti