...

flydubai aviaşirkəti aviasiyanın inkişafına verdiyi töhfəyə görə mükafatlandırılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2012 12:49 (UTC +04:00)
Dubayın qənaətcil flydubai aviaşirkəti Aviation Business Awards illik təntənəli mərasimində "Aviasiyanın inkişafına mühüm töhfə verdiyinə görə" mükafatı ilə təltif edilib.
flydubai aviaşirkəti aviasiyanın inkişafına verdiyi töhfəyə görə mükafatlandırılıb (FOTO)

Dubayın qənaətcil flydubai aviaşirkəti Aviation Business Awards illik təntənəli mərasimində "Aviasiyanın inkişafına mühüm töhfə verdiyinə görə" mükafatı ilə təltif edilib.

Həmçinin, mərasimin yekunlarına görə flydubai keçən il əldə etdiyi "İlin qənaətcil aviaşirkəti" statusunu qoruyub saxlamağa müvəffəq olub. Altı nəfərdən ibarət münsiflər heyəti flydubai-ın marşrut şəbəkəsinin nəzərə çarpacaq dərəcədə böyüməsini və göstərdikləri xidmətə yanaşmalarını xüsusilə qeyd ediblər. Aviation Business Awards (ABA) mərasimi hər il Yaxın Şərqin aerokosmik sənayesinin dünya miqyasında artan nüfuz və nailiyyətlərini qeyd etmək məqsədilə keçirilir.

"Heyətimizin adından hər iki mükafatla təltif edildiyimizə görə fəxr edirəm. Xüsusilə "mühüm töhfə" mükafatını qeyd etmək istəyirəm. Bu mükafat Birləşmiş Ərəb Əmirliklərinin aviasiya sənayesi sahəsindəki müvəffəqiyyətlərinin göstəricisidir. BƏƏ hökumətinin dəstəyi nəticəsində bizim sahə sürətlə inkişaf edir. Marşrut şəbəkəmizi və hava donanmamızı genişləndirərək, biz gələcəkdə də BƏƏ-nin ticarət, turizm və nəqliyyat sahələrinin inkişafına səbəb olacağımıza ümid edirik", - mükafatları qəbul edən flydubai aviaşirkətinin Baş Direktoru Qeyt Əl Qeyt deyib.
Son il ərzində flydubai aviaşirkəti - Buxarest, Skopye, Kiyev və Səna daxil olmaqla - 10 istiqamət üzrə yeni hava yolu açıb. Yaxınlarda aviaşirkət ABŞ-ın Export-Import Bank-ı ilə ümumi məbləği 117,5 milyon ABŞ dollar təşkil edən sazişə imza atıb. Saziş üç Boeing 737-800NG təyyarəsinin alınmasının maliyyələşdirilməsini nəzərdə tutur. Təyyarənin biri artıq flydubai-ın sərəncamındadır, daha ikisi isə cari ilin sonunadək aviaşirkətə təhvil veriləcək.

"Biz flydubai aviaşirkətini iki il ərzində bir-birinin ardınca "İlin qənaətcil aviaşirkəti" mükafatına layiq görülməsini alqışlayırıq. Münsiflər heyəti aviaşirkətin marşrut şəbəkəsinin inkişafı, hava yoluna ehtiyacı olan regionlara üz tutması və göyərtədə xidmət çeşidlərinin artımını yüksək qiymətləndiriblər", - "İlin qənaətcil aviaşirkəti" nominasiyasında flydubai-ın aldığı mükafatı şərh edən İTP nəşriyyat qrupunun Baş İcraçı Direktoru Valid Əkavi qeyd edib.

Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Hal-hazırda aviaşirkət marşrut şəbəkəsini 50 istiqamətə kimi (Fars körfəzi, Yaxın Şərq, Şimali Afrika, Hindistan, Kiçik Asiya və Avropanın bir hissəsi daxil olmaqla) genişləndirib. Bu ərazilər üzərində aviaşirkətin 26 təyyarəsi hava nəqliyyatı xidməti göstərir. Dubay höküməti tərəfindən təsis edilən aviaşirkət, uçuşları daha sadə,rahat və əlverişli qiymətlərlə həyata keçirtməyə çalışıraraq, Dubaya turist axınını artırmağa kömək edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti