...

Mərkəzi Bank: Azərbaycanda sosial ipoteka üzrə kredit limiti artırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Noyabr 2012 14:27 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə verilən sosial ipoteka çərçivəsində kreditin maksimum məbləği artırılacaq.
Mərkəzi Bank: Azərbaycanda sosial ipoteka üzrə kredit limiti artırılacaq

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə verilən sosial ipoteka çərçivəsində kreditin maksimum məbləği artırılacaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan Mərkəzi Bankının (AMB) idarə heyəti sədrinin birinci müavini Alim Quliyev deyib.

"AMB hökumətə müvafiq təkliflə müraciət edib, - Quliyev bildirib. - Təklif kreditin maksimum həcminin indiki 35 min manatdan 50 min manatadək artırılmasını nəzərdə tutur".

Onun sözlərinə görə, həmçinin kommersiya ipotekası üzrə kreditin maksimum həcminin artırılması ilə bağlı təklif nəzərdən keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti