...

"flydubai" Azərbaycanda fəaliyyətə başlamasının üçüncü ildönümünü qeyd edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2012 15:54 (UTC +04:00)
Dubayın ilk qənaətcil "flydubai" aviaşirkəti Bakıda fəaliyyətə başlamasının üçüncü ildönümünü qeyd edir.
"flydubai" Azərbaycanda fəaliyyətə başlamasının üçüncü ildönümünü qeyd edir

Azərbaycan, Bakı, 22 noyabr /Trend/

Dubayın ilk qənaətcil "flydubai" aviaşirkəti Bakıda fəaliyyətə başlamasının üçüncü ildönümünü qeyd edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, "flydubai" Mərkəzi, Şimali Avropa və MDB regionunda 11 ölkə və 16 istiqamət üzrə xidmət göstərir. Yaxın Şərq hava daşıyıcıları arasında ən böyük uçuş şəbəkəsinə malik olan "flydubai" ilk aviaşirkətdir ki, Dubaydan Belqrad, Skopye, Bişkək, Xarkov, Donetsk və Tbilisi şəhərlərinə birbaşa reyslər həyata keçirir.

Aviaşirkətin yüksəlişi hava yollarının genişləndirilməsinə strateji yanaşması ilə bağlıdır. Donanmasını daim yeni təyyarələrlə təmin edən və hava yolu çatışmazlığı ilə üzləşən bazarlara üz tutan "flydubai" daha çox insana əlverişli səyahət etmək imkanı yaradıb. Son məlumat və rəqəmlər aviaşirkətin regional inkişafını əks etdirir:

• 2011-ci ilin oktyabr və 2012-ci ilin sentyabr ayları ərzində "flydubai" aviaşirkəti MDB və Şərqi Avropa istiqamətində uçuşlarının sayını 45% artırıb.

• 2012-ci ilin sentyabr ayında ötən ilin analoji dövrü ilə müqayisədə region üzrə aylıq aviareyslərin sayı 109% artıb.

"Bu il yeni açılmış marşrutların 40%-i Mərkəzi, Şimali Avropa və MDB ölkələrinin payına düşüb. flydubai-ın inkişafı və böyüməsi bu bazarların bizim üçün mühüm əhəmiyyət kəsb etməsindən irəli gəlir. Biz sərnişinlərimizə zəngin seçim təklif edib yüksək səviyyəli xidmət göstərərək, eyni zamanda, regionlarımız arasında turizm və ticarət əlaqələrini möhkəmləndiririk", - "flydubai" aviaşirkətinin baş direktoru Qeyt əl-Qeyt bildirib.

Dubay beynəlxalq hava limanının məlumatına əsasən, cari ilin ilk yarısında Rusiya və MDB ölkələrindən sərnişin axını ötən ilin eyni dövrü ilə müqayisədə 54,4% artıb. Bu, əsasən, "flydubai" aviaşirkətinin səyləri nəticəsində mümkün olub.

"flydubai" işgüzar səfər, istirahət və s. məqsədlərlə səfər edənlər üçün Azərbaycan, Gürcüstan, Qırğızıstan, Makedoniya, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Türkmənistan, Ukrayna və s. daxil olmaqla, 58 müntəzəm aviareys təklif edir.

Bu günlərdə "flydubai" Maldiv adalarının paytaxtı Male şəhərinə 2013-cü ilin 19 yanvarından etibarən hava yolunun istifadəyə verilməsini bəyan edib. Sözügedən marşrut, xüsusilə, Rusiya və MDB ölkələrini təmsil edən turistlər arasında məşhurlaşıb. Bunu cari ilin ilk rübündə 2011-ci ilin eyni dövrü ilə müqayisədə turist axınının 15,7% artması təsdiq edir.

Tələbatın artdığını nəzərə alan aviaşirkət hava donanmasını 27 Boeing 737-800 NG təyyarəsinə qədər çoxaldıb. Üstəlik, 2012-ci ilin yanvar ayından flydubai-ın etibarlı və əlverişli yükdaşıma xidməti fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti