...

Azərbaycan və Serbiya hökumətlərarası komissiyanın 2-ci iclasının yekunlarına dair protokol imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Noyabr 2012 13:17 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycan və Serbiya arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın II iclasının yekunlarına dair protokolun imzalanması mərasimi keçirilib.
Azərbaycan və Serbiya hökumətlərarası komissiyanın 2-ci iclasının yekunlarına dair protokol imzalayıblar

Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir A. Axundov/

Bu gün Bakıda Azərbaycan və Serbiya arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 2-ci iclasının yekunlarına dair protokolun imzalanması mərasimi keçirilib.

Sənədi həmsədrlər - Azərbaycan tərəfindən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Serbiya tərəfdən isə daxili və xarici ticarət, telekommunikasiya naziri Rasim Lyayiç imzalayıblar.

Protokolda ölkələr arasında əməkdaşlığın inkişafı məsələləri, eləcə də birinci iclasdan sonra keçirilən işlərin nəticələri əhatə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti