...

"Bank Silk Way" kapitalını 30 faizdən çox artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2012 20:15 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Bank Silk Way"in ümumi dəyəri 16,03 milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Bank Silk Way" kapitalını 30 faizdən çox artırır

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir A.Axundov/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Bank Silk Way"in ümumi dəyəri 16,03 milyon manat olan adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı QKDK-nin yaydığı məlumatda deyilir.

Emissiya prospektinə hər birinin dəyəri 138 manat olan 116 160 səhm daxildir.

Hazırda bankın nizamnamə kapitalı 54,16 milyon manatdır, yeni emissiyanın yerləşdirilməsindən sonra nizamnamə kapitalı 70,19 milyon manata çatdırılacaq. Göründüyü kimi, bank kapitalını artırır, baxmayaraq ki, bankın kapitalının səviyyəsi artıq Azərbaycan Mərkəzi Bankının 2014-cü il yanvarın 1-nə məcmu kapitalın minimum həcminə (50 milyon manat) yeni tələbini üstələyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti