...

Fizuli Ələkbərov: Possovet məkanı vahid əmək bazarına çevrilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2012 12:53 (UTC +04:00)
MDB iştirakçısı olan dövlətlərin Əmək, Miqrasiya və Sosial Müdafiə üzrə Məsləhət Şurası possovet məkanında əmək və sosial müdafiə sahəsində səmərəli əməkdaşlıq üçün yaxşı təşkilati-hüquqi bazaya çevrilib.
Fizuli Ələkbərov: Possovet məkanı vahid əmək bazarına çevrilir (FOTO)

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir A.Axundov/

MDB iştirakçısı olan dövlətlərin Əmək, Miqrasiya və Sosial Müdafiə üzrə Məsləhət Şurası possovet məkanında əmək və sosial müdafiə sahəsində səmərəli əməkdaşlıq üçün yaxşı təşkilati-hüquqi bazaya çevrilib. Trend-in məlumatına görə, bunu Azərbaycanın əmək və əhalinin soail müdafiəsi naziri Fizuli Ələkbərov çərşənbə günü Bakıda Şuranın 25-ci iclasında çıxışı zamanı bildirib.

"Possovet məkanı vahid əmək bazarına çevrilir. Bu iclas həmin məkanda MDB iştirakçısı olan dövlətlərin vətəndaşlarının əmək hüquqlarının daha yaxşı müdafiə olunmasına kömək edir, eləcə də əmək və sosial müdafiə sahəsində təcrübə mübadiləsi üçün yaxşı meydança olacaq", - Ələkbərov deyib və qeyd edib ki, bundan başqa, MDB ölkələrinin uyğunlaşdırılmış sosial və demoqrafik siyasətinin formalaşması məsələləri əhəmiyyətlidir.

Nazir müavini İlqar Rəhimov iclas başlamazdan əvvəl jurnalistlərə bildirib ki, Azərbaycan tərəfi Bakıya Şuranın iclasında iştirak etmək üçün gələn RF nümayəndə heyəti və onun rəhbəri, Rusiyanın əmək və sosial müdafiə nazirinin müavini Tatyana Blinova ilə danışıqlar aparır. Tərəflər Rusiyadakı azərbaycanlı əmək miqrantlarının hüquqlarına riayət olunması məsələlərini müzakirə edirlər.

İclasın gedişində Məsləhət Şurasının XXIV iclasının müddəalarının icrasına aid olan məsələlər, həmçinin MDB iştirakçısı olan dövlətlərin sosial-əmək sahəsində əməkdaşlığının nəticələri və perspektiv tapşırıqlar müzakirə edilib. İclas iştirakçıları sosial müdafiə sahəsində milli internet resurslarının yaradılmasına ehtiyac olduğunu qeyd ediblər, bu sahədə miqrasiya, əmək normaları, iş rejimi, peşəkar standartlar və təcrübə mübadiləsi məsələlərini müzakirə ediblər.

Tədbirin iştirakçıları, həmçinin Məsləhət Şurasının saytının yaradılması üzrə gələcəkdə işlərin görülməsini məqsədəuyğun sayıblar.

İclas öz işini dekabrın 6-dək davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti