...

Bakıda Macarıstanın ilk beynəlxalq ticarət evi açılır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2012 14:42 (UTC +04:00)
Macarıstanın ilk Beynəlxalq Ticarət Evi Azərbaycanda açılır, çünki iki ölkə strateji tərəfdaşdır.
Bakıda Macarıstanın ilk beynəlxalq ticarət evi açılır (FOTO)

Azərbaycan, Bakı, 5 dekabr/Trend, müxbir C. Nəsibova/

Macarıstanın ilk Beynəlxalq Ticarət Evi Azərbaycanda açılır, çünki iki ölkə strateji tərəfdaşdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Macarıstanın Baş nazirinin Ofisinin baş katibi, Azərbaycan-Macarıstan hökumətlərarası iqtisadi komissiyasının həmsədri Piter Siyarto Ticarət Evinin açılış mərasimində deyib.

"Evin məhz Bakıda açılmasının ilk səbəbi ölkələr arasında strateji əməkdaşlığın nəticəsidir, ikinci səbəb isə Macarıstan iqtisadiyyatının təklifinin Azərbaycanın tələbinə uyğun gəlməsidir", - Siyarto qeyd edib.

Onun sözlərinə görə, bu hadisənin vacib məqsədlərindən biri Azərbaycan və Macarıstanın orta sahibkarları arasında əməkdaşlığın inkişafıdır ki, bu da gələcəkdə onların məhsullarının Azərbaycana ixrac edilməsi üçün lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti