...

flydubai Hollivudun aparıcı kinostudiyalarının filmlərini aviareyslərində nümayiş etdirir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2012 12:39 (UTC +04:00)
flydubai – dünyanın ilk şirkətidir ki, sərnişinlərə bütün aparıcı kinostudiyalarının filmlərini HD formatında təqdim edir
flydubai Hollivudun aparıcı kinostudiyalarının filmlərini aviareyslərində nümayiş etdirir (FOTO)

Dubayın ilk qənaətcil flydubai aviaşirkəti yeni nailiyyət əldə edib. Dünyada ilk dəfə olaraq, aviaşirkət Hollivudun altı aparıcı kinostudiyasının filmlərini HD formatında sərnişinlərə təqdim edir.

2010-cu ilin dekabrından etibarən "Paramount Pictures" və "Walt Disney Studios Motion Pictures" kino şirkətlərinin filmləri aviaşirkətin təyyarələrində yayımlanır. Indi isə təyyarələrin göyərtəsində quraşdırılmış əyləncə sisteminin menyusuna NBC Universal kinostudiyasının "The Bourne Legacy" filmi daxil edilib. Eyni zamanda, sərnişinlər bütün aviareyslərdə "Warner Bros", "20th Century Fox" və "Sony Pictures Entertainment" kinostudiyalarının filmlərini seyr edə bilərlər.

"Fəaliyyətimizin ilk günündən çalışırıq ki, sərnişinlərimiz uçuşdan həzz alsınlar. Ən müasir əyləncə sistemi isə məqsədimizə çatmaqa imkan verir. flydubai şirkətinin mütəxəssisləri böyük səy göstərirlər ki, sərnişinlərimiz geniş çeşidli filmlərdən zövq alsınlar", - flydubai aviaşirkətinin Baş Direktoru Qeyt Əl Qeyt bildirib.

Lumexis şirkətinin "Fiber-To-The-Screen®" ("FTTS®") əyləncə sistemi, ilk olaraq, flydubai aviaşirkətinin təyyarələrində quraşdırılıb. Sistem HD formatlı filmləri sərnişin kresloların söykənəcəklərində qurulmuş ekranlar vasitəsilə bir vaxtda nümayiş etdirir. Bu, ənənəvi mis naqillərdən fərqli olaraq, daha mükəmməl keçirtmə qabiliyyətinə malik lif-optik texnologiyası sayəsində mümkün olmuşdur.

flydubai sərnişinlərə HD formatında yayımlanan 25 film təklif edir. Bunların arasında "The Bourne Legacy", "The Dark Knight Rises" və "The Amazing Spider-Man" kimi dünya kinoprokatının məşhur filmləri yer alır. Ümumən, aviaşirkət Qollivud, Bollivud və ərəb ölkələri kinostudiyalarının istehsalı olan 198 filmə malikdir. Eyni zamanda, əyləncə sisteminin menyusunda 162 müxtəlif teleserial, 324 musiqi albomu və 36 oyun mövcuddur. Bununla bərabər, hər ay xidmət çeşidləri yenilənməkdə davam edir.
Əyləncə sisteminin təkmilləşdirilməsi haqqında xəbər aviaşirkətin Əbu Dabidə keçirilmiş Beynəlxalq Turizm Operatorları Birliyinin (International Travel Catering Association) sərgisində iki "Mercury" mükafatı ilə təltif olunmasından sonra yayılıb. flydubai "Sistem və biznes proseslərin inkişafı" nominasiyasının qalibi olmuş, həmçinin, əyləncə sisteminin tətbiqi nəticəsində ətraf mühitin qorunmasına töhfə verdiyinə görə əlavə mükafat qazanmışdır.
flydubai təyyarələrində təchiz edilmiş müasir əyləncə sisteminin tətbiqi ilə aviaşirkət hər il, təxminən, 2,37 ABŞ dollarına bərəbər yanacaqa qənaət edir, atmosferə isə 7,5 min ton az karbon qazı atılır.

"Bu mükafatların qazanılmasını böyük müvəffəqiyyət kimi qəbul edirik. Təyyarələrimizdə işlədilən əyləncə sistemi sahəmizdə çalışanlar üçün bir örnək olaraq, həm sərnişinlərimizə xoş anlar bəxş edir, həm də bort baxıcılarının işlərinə müsbət təsir göstərir. Sərnişinlərə ən yüksək səviyyəli xidmət göstərərək, biz yanacaqa qənaət və karbon qazı tullantılarının azaldılması məsələsində qəti mövqe tutmaqda davam edirik" - Qeyt Əl Qeyt əlavə edib.
SON-

flydubai haqqında əlavə məlumat:
Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Hal-hazırda aviaşirkət marşrut şəbəkəsini 50 istiqamətə kimi (Fars körfəzi, Yaxın Şərq, Şimali Afrika, Hindistan, Kiçik Asiya və Avropanın bir hissəsi daxil olmaqla) genişləndirib. Bu ərazilər üzərində aviaşirkətin 27 təyyarəsi hava nəqliyyatı xidməti göstərir. Dubay höküməti tərəfindən təsis edilən aviaşirkət, uçuşları daha sadə,rahat və əlverişli qiymətlərlə həyata keçirtməyə çalışıraraq, Dubaya turist axınını artırmağa kömək edir. flydubai aviaşirkətinin məqsədi - səyahətləri daha asan, stress hissindən azad və qənaətcil etməkdir. Şirkətin biznes-modeli qənətcil qiymətlər üzərində qurulub. Aviaşirkət "value-for-money" məhsulunu rəqabətə uyğun təqdim edir. 2012-ci il, Yanvarın 1-dən flydubai sərnişin şəbəkəsi çərçivəsində fəaliyyət göstərən yükdaşıma xidmətini və əlavə 25 istiqamət istifadəyə verib.
Şirkətin İnternet saytı (www.flydubai.com),
Daha ətraflı məlumat üçün lütfən müraciət edin:
Houda Al Kaissi, flydubai: (+971) 56 683 0336; Email: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti