...

Sumqayıtda insan istifadəsi üçün yararsız düşes içkisinin istehsalının qarşısı alındı

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2012 16:31 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 176A ünvanında Mirağa Mehdiyevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı istehsal edilən düşes içkilərinin insan istifadəsi üçün yararsız olması ilə əlaqədar düşes içkilərinin istehsalının dayandırılması və istehsalın qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə icrası məcburi göstəriş verilib.
Sumqayıtda insan istifadəsi üçün yararsız düşes içkisinin istehsalının qarşısı alındı

Azərbaycan, Bakı, 7 dekabr /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 176A ünvanında Mirağa Mehdiyevə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı istehsal edilən düşes içkilərinin insan istifadəsi üçün yararsız olması ilə əlaqədar düşes içkilərinin istehsalının dayandırılması və istehsalın qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə icrası məcburi göstəriş verilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu istehsalat sahəsində sınaq partiyaları kimi istehsal edilmiş düşes içkisindən dəfələrlə nümunələr götürülərək laborator müayinəyə göndərilib, laborator müayinələrin nəticələrinə əsasən, düşes içkisinin sınaq partiyalarının da insan istifadəsi üçün yararsız olduğu müəyyən edilib.

Düşes içkisinin qanunvericiliyin tələblərinə uyğun istehsalı üçün zəruri şəraitin olmadığını nəzərə alaraq, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Mirağa Mehdiyevə düşes içkisi istehsalı üçün verilmiş gigiyenik sertifikatın qanunvericiliyə uyğun olaraq ləğv edilməsi ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi qarşısında məsələ qaldırılıb və Mərkəz tərəfindən ona düşes içkisinin istehsalı üçün verilmiş gigiyenik sertifikat ləğv olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti