...

"Bank of Baku" dünya avtomobil nəhənglərinin modelləri üçün güzəştli kreditlər təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2012 16:21 (UTC +04:00)
Azərbaycan avtomobilsevərlərini ən sərfəli şərtlərlə dünya şöhrətli avtomobil modelləri ilə təmin etmək məqsədi ilə "Bank of Baku" öz tərəfdaşları ilə müştərək endirim kampaniyası elan edir.
"Bank of Baku" dünya avtomobil nəhənglərinin modelləri üçün güzəştli kreditlər təklif edir

Azərbaycan avtomobilsevərlərini ən sərfəli şərtlərlə dünya şöhrətli avtomobil modelləri ilə təmin etmək məqsədi ilə "Bank of Baku" öz tərəfdaşları ilə müştərək endirim kampaniyası elan edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı bankın yaydığı məlumatda deyilir.

28 fevral 2013 il tarixinədək Hyundai, KİA Motors, Chevrolet, Peugeot, Seat, Jeep, Chrysler, Dodge avtomobillərini rəsmi dilerlərdən, habelə "Autoland", "Okean avto2 avtomobil salonlarından aparıcı brendlərin avtomobillərini güzəştli şərtlərlə almaq mümkündür.

Kredit müddəti 3 ildən 5 ilə qədər olmaqla ilkin ödəniş 15 faizdən başlayır. Faiz dərəcələri isə modeldən və müddətdən asılı olaraq 16 faizdən başlayır. Müvafiq modellər üzrə komission haqqlarda da endirim elan edilir.

Endirim kampaniyası çərçivəsində Hyundai, Jeep, Peugeot, Dodge,Chrysler, KİA, Chevrolet , Seat və digər avtomobil modellərini əldə etmək mümkündür. Model və müddətdən asılı olaraq ilkin ödəniş və faiz dərəcəsi dəyişə bilər.

Endirim kampaniyasının şərtləri ilə daha ətraflı tanış olmaq üçün "Bank of Baku"-un 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, habelə bankın www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsinə və http://www.bankofbaku.com/az/tipes-of-consumer-loans/car-loans.html korporativ sayt ünvanına baş çəkmək yetərlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti