...

"flydubai" bronlaşdırma üzrə turizm agentlikləri şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2012 15:19 (UTC +04:00)
Dubayın ilk qənaətcil flydubai aviaşirkəti Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) və “Hahn Air” şirkəti ilə Hesablaşmaların Planlaşdırılması və Qarşılıqlı Hesablaşma (SBP) haqqında Saziş imzalayıb.
"flydubai" bronlaşdırma üzrə turizm agentlikləri şəbəkəsini genişləndirir

Dubayın ilk qənaətcil flydubai aviaşirkəti Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (İATA) və "Hahn Air" şirkəti ilə Hesablaşmaların Planlaşdırılması və Qarşılıqlı Hesablaşma (SBP) haqqında Saziş imzalayıb. Artıq daha çox turizm şirkəti hava daşıyıcısının münasib qiymətli aviareyslərindən faydalana biləcək.

SBP sistemi turizm operatorları üçün satış proseduraları və hesablaşmaları sadələşdirir. Eyni zamanda, SBP sayəsində flydubai aviaşirkətinin əhatə dairəsi genişlənəcək. Keçən il flydubai qlobal bölüşdürücü sistem (GDS), Sabre, Travelport və Amadeus provayderləri ilə müvafiq müqavilələr imzalamışdır.

"flydubai daim, bronlaşdırmadan bilavasitə uçuşa gədər, səyahətlərin daha effektiv və iqtisadi cəhətdən əlverişli olmasının yollarını arayır. Yeni imzalanmış saziş sərnişinlər və turizm şirkətlərinin işlərini yüngülləşdirəcək. Eyni zamanda, biz daha çox müştəriyə xidmət göstərmək imkanlarımızı artırmış oluruq", - flydubai aviaşirkətinin Baş direktoru Qeyt Əl Qeyt bildirib.

IATA Birləşmiş Ərəb Əmirlikləri hüdudlarında flydubai aviaşirkətinin hesablarını idarə edir. 2011-ci ilin sonu üçün təşkilat 88 SBP sisteminə malik olub. Sistem 176 ölkə və ərazini əhatə edərək, ümumi dövriyyəsi 248,8 milyard ABŞ dolları təşkil edən 400 aviaşirkətə xidmət göstərib.

Bu arada, biletlərin satışı üzrə qabaqcıl Hahn Air şirkəti, Səudiyyə Ərəbistanı, Küveyt və Hindistan daxil olmaqla, flydubai aviaşirkətinin beynəlxalq satış əməliyyatlarını həyata keçirəcək.

Sadə proseduralar, qənaət və maliyyə risklərinin daha geniş şəkildə idarə edilməsi BSP sisteminin əsas üstünlükləridir. Sistem hesablaşma əməliyyatlarını sadələşdirərək, turizm şirkətlərinə satışları daha effektiv şəkildə həyata keçirməyə imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti