...

Azərbaycanda 15-dək şirkət səhmlərin ilkin yerləşdirilməsinə praktiki olaraq hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2012 09:33 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) öz səhmlərinin ilkin yerləşdirilməsinə praktiki hazır olan 10-15 şirkətin daxil olduğu siyahı tərtib edilib. Bu barədə çərşənbə günü Trend-ə QKDK sədri Rüfət Aslanlı deyib.
Azərbaycanda 15-dək şirkət səhmlərin ilkin yerləşdirilməsinə praktiki olaraq hazırdır

Azərbaycan, Bakı, 19 dekabr/Trend, müxbir İ.Xəlilova/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) öz səhmlərinin ilkin yerləşdirilməsinə praktiki hazır olan 10-15 şirkətin daxil olduğu siyahı tərtib edilib. Bu barədə çərşənbə günü Trend-ə QKDK sədri Rüfət Aslanlı deyib.

"Bu şirkətlərin hamısının eyni anda bazara çıxmalı olduğunu düşünmürük, az sayda (3-ə qədər) şirkətlərə diqqəti yönəltmişik. Səhmlərin ilkin yerləşdirilməsi üçün bazara çıxış baxımından diqqətimizdə əsasən qeyri-maliyyə sahəsinin institutları var", - Aslanlı qeyd edib.

Onun sözlərinə görə, iki il əvvəl buna potensial hazır olan şirkətlərin dəstəklənməsi üçün xüsusi konsaltinq proqramının mövcudluğu barədə danışılırdı. Lakin həmin vaxt institusional hazırlıq yox idi.

"Bu, çox uzun prosesdir və adətən 2-3 il aparır. Təbii ki, QKDK tənzimləyici vəzifələrini yerinə yetirən dövlət orqanı kimi özü belə xidmətlər göstərməyib. Bu mənada "Paşa Bank" tərəfdaş olaraq özünü çox səmərəli oyunçu kimi göstərib", - Aslanlı vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti