Artıq "Atəşgah" Sığorta Şirkəti və YapıKrediBankın əməkdaşlığı çərçivəsində YapıKrediBankın WorldCard kredit kartını əldə etmiş şəxslər sığorta xidmətlərinin dəyərini hissə - hissə ödəyə bilərlər.
Bu məqsədlə "Atəşgah" Sığorta Şirkətinin Bakı şəhərində yerləşən 5 satış mərkəzində YapıKrediBank tərəfindən xüsusi POS terminallar quraşdırılmışdır.
WorldCard kredit kartı sahibləri bu satış mərkəzlərindən birinə gələrək avtomobil, daşınmaz əmlak və digər sığorta növləri üzrə sığorta haqqını faizsiz kreditlə ödəmək imkanı əldə edirlər.
Aşağıda göstərilən satış mərkəzlərimizdən birinə müraciət etməklə bu fürsətdən yararlana bilərsiniz.
Ofis |
Ünvan |
Mərkəzi Satış |
C.Məmmədquluzadə küç, 998-ci məhəllə |
"Əhmədli" |
S.Ə.Şirvani küç.1B |
"Mətbuat" |
Mətbuat pr. 18/7 |
"Nərimanov" |
Təbriz küç. 64 |
"Yasamal" |
Şərifzadə küç. 34/16 |