...

Xalq Bank "Azərbaycan sikkələri" toplusunu təqdim edir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2012 16:09 (UTC +04:00)
Bu gün "Xalq Bank" ASC-nin "Xalq Əmanəti" layıhəsi çərçivəsində professor Əli Rəcəblinin "Azərbaycan sikkələri" kitabı ictimaiyyətə təqdim ediləcək.
Xalq Bank "Azərbaycan sikkələri" toplusunu təqdim edir (FOTO)

Azərbaycan, Bakı, 21 delabr /Trend/

Bu gün "Xalq Bank" ASC-nin "Xalq Əmanəti" layıhəsi çərçivəsində professor Əli Rəcəblinin "Azərbaycan sikkələri" kitabı ictimaiyyətə təqdim ediləcək.

Bankdan trend-ə verilən məlumata görə, kitab Azərbaycanın sikkə işinin geniş icmalıdır və antik dövrdən bu günümüzədək ölkə ərazisində zərb edilən və dövriyyədə olan sikkələri əhatə edir. Nəşrdə çoxəsrlik Azərbaycan dövlətçiliyinin önəmli atributlarından biri olan sikkənin həqiqi tarixi mənbə olaraq rolu və əhəmiyyəti xüsusi olaraq vurğulanır.

Numizmatik material və onunla bağlı tapıntılar tarixin az məlum olan səhifələrinə işıq salır, ölkə ərazisində yerləşən və indiyədək naməlum olan şəhərlərin, ticarət-sənətkarlıq mərkəzlərinin varlığı haqqında məlumat verir, mövcudluğu haqqında heç bir məlumat olmayan hökmdarların adlarını üzə çıxarır. Bununla bərabər, çoxəsrlik tarixi boyunca sikkə işi bədii sənətkarlıq baxımından yüksək səviyyəyə çataraq, istehsalçıların bacarıq və ustalığını, eləcə də öz dövrünün və cəmiyyətin estetik dəyərlərini əyani şəkildə nümayiş etdirir. Beləliklə, Azərbaycanın sikkə işi bizim tariximizin, milli dövlətçiliyimizin çoxəsrlik ənənələrinin parlaq sübutudur, yüzilliklər boyunca ölkənin ərazisində baş vermiş siyasi, iqtisadi və sosial hadisələrin şahididir. Bu, regionun, bəzən isə dünyanın iqtisadi, siyasi və mədəniyyət tarixini öyrənmək üçün mühüm mənbədir.

"Xalq Əmanəti" layihəsi xalqımızın mədəni və tarixi irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Bu seriyadan olan kitablar hədiyyəlikdir və üç dildə - Azərbaycan, ingilis, rus dillərində təqdim olunur. Bu nəşrlər ölkənin ali və orta təhsil ocaqlarına, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və ölkəmizin xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, yerli və xarici kitabxanalara, eləcə də sənətsevərlərə hədiyyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti