Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir C.Nəsibova/
2013-cü il fevralın 7-10-da İranın paytaxtı Tehran şəhərində 2-ci Beynəlxalq "Qızıl, gümüş və qiymətli daşlar texnologiyası, emalatxanalar, makinalar, əlaqədar avadanlıqlar və sənaye" sərgisi keçiriləcək.
Trend-in şənbə günü Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən verdiyi məlumaat görə, sərgi ilə tanışlıq, eləcə də investisiya və ticarət məsələləri ilə bağlı danışıqlar aparmaq məqsədilə Azərbaycandan investisiya, ticarət və marketinq sahəsi üzrə nümayəndələr dəvət olunur.
Qonaqların yerləşdirilməsi və sərgiyə gediş-gəliş tədbirə ev sahibliyi edən qurum tərəfindən təmin ediləcək.