...

Azərbaycanın PNN Group holdinqi Ukraynada ilk KFC restoranını açdı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2012 13:27 (UTC +04:00)
20 dekabr 2012-ci il tarixində Ukraynanın paytaxtı Kiyev şəhərinin Lıbedski meydanında yerləşən yeni populyar “Ocean Plaza” ticarət-əyləncə mərkəzində ilk KFC restoranı açıldı.
Azərbaycanın PNN Group holdinqi Ukraynada ilk KFC restoranını açdı (FOTO)

20 dekabr 2012-ci il tarixində Ukraynanın paytaxtı Kiyev şəhərinin Lıbedski meydanında yerləşən yeni populyar "Ocean Plaza" ticarət-əyləncə mərkəzində ilk KFC restoranı açıldı.

Restoranı "YUM! Restaurants International Russia&CIS" şirkətinin Ukraynadakı françayzinq tərəfdaşlarından biri olan Azərbaycanın PNN Group holdinqi açmışdır. Ukraynada fəaliyyət göstərəcək bu yeni KFC restoranında hər il təxminən 800 000 yemək satılacağı planlaşdırılır. Restoranın 100 nəfərlik olacağı nəzərdə tutulur.

PNN Group holdinqinin Baş Direktoru cənab Nəsib Piriyev bu hadisəni şərh edərək, deyib: "Bu ilin mart ayında biz Ukraynada sürətli xidmət göstərən "KFC" restoranlar şəbəkəsinin inkişaf etdirilməsi layihəsinin həyata keçirilməsinə başlamaq hüququnu əldə etdik. Ukraynanın ictimai iaşə bazarında elə də bəsit olmayan şəraitin hökm sürdüyünə baxmayaraq, "PNN Group" şirkətinin komandası "YUM!" şirkəti ilə birgə olaraq bu mürəkkəb və çoxpilləli layihəni həyata keçirə bildi. Mən çox şadam ki, bir il bundan qabaq Azərbaycanda KFC restonanını açan bizim peşəkar komandamız Kiyevdə də KFC restoranını açmağa müvəffəq oldu. Biz inanırıq ki, bu hadisə Ukraynada bütün KFC restoranlar şəbəkəsinin sürətlə inkişaf etməsinə təkan verəcəkdir".

KFC (Kentucky Fried Chicken) - bu, təzə toyuq ətindən yeməklərin bişirilməsi sahəsində ixtisaslaşdırılmış, dünya miqyasında tanınmış sürətli xidmət göstərən restoranlar şəbəkəsidir. Bütün dünya üzrə 18 000 restoranı fəaliyyət göstərir. Şirkətin yaranma tarixi onun yaradıcısı və ideya ilhamçısı polkovnik Xarland Sanders ilə sıx şəkildə bağlıdır. Toyuğu 11 otdan və ədviyyatdan düzəldilmiş məşhur unlama reseptindən istifadə edərək bişirilməsi üsulunu məhz o, kəşf etmişdir. Hal-hazırda Rusiya və MDB ölkələri məkanında 212 KFC restoranı fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti