...

"28 May" stansiyasının girişinin bağlanması sərnişinlərin hərəkətinə təsir etməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2013 16:49 (UTC +04:00)
"28 May" stansiyasının əsas girişi bağlanacaq, lakin sərnişinlər ikinci girişdən, eləcə də "Cəfər Cabbarlı" stansiyasına keçiddən istifadə edə biləcəklər.
"28 May" stansiyasının girişinin bağlanması sərnişinlərin hərəkətinə təsir etməyəcək

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir E.İsmayılov/

"28 May" stansiyasının əsas girişi bağlanacaq, lakin sərnişinlər ikinci girişdən, eləcə də "Cəfər Cabbarlı" stansiyasına keçiddən istifadə edə biləcəklər. Bu barədə cümə günü Trend-ə Bakı Metropolitenindən bildiriblər.

Metropoliten nümayəndəsinin sözlərinə görə, hazırda yenidənqurma və müasirləşmə işlərinin aparıldığı "28 May" stansiyasının əsas girişi yaxın vaxtlarda bağlanacaq. Əsas girişin 2013-cü il yanvarın 20-də yenidənqurma işləri üçün bağlanacağı ehtimal edilir.

"Bu dəqiq tarix deyil, lakin yaxın vaxtlarda stansiyanın əsas girişi bağlanacaq ki, bu da yenidənqurma işləri çərçivəsində nəzərdə tutulub", - metropolitendən deyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti