...

“Bank of Azerbaijan” filial şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2013 12:21 (UTC +04:00)

"Bank of Azerbaijan" ASC 2013 - cü ildə Azərbaycanın regionlarında müştərilərimizə və xalqımıza göstərilən xidmətləri daha da yaxın etmək və həmçinin həmin regionların iqtisadi potensiallarını inkişaf etdirmək məqsədi ilə filial şəbəkəsinin genişləndirilməsini planlaşdırır. Beləki, tezliklə Lənkəran şəhərində yeni filialımız fəaliyyətə başlayacaqdır.

Bu filialda fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri, o cümlədən hesablaşma-kassa xidməti, depozitlərin cəlb edilməsi, istehlak, o cümlədən biznes kreditlərinin verilməsi, plastik kartlar, mobil rabitə operatorları və kommunal xidmətlərin ödənilməsi, bank daxili köçürmələr, həmçinin beynəlxalq sistemlər vasitəsi ilə sürətli pul köçürmə xidmətləri təqdim ediləcək.

Qeyd edək ki, filial şəbəkəsinin genişləndirilməsi planı bankın uzunmüddətli strategiyasına uyğun həyata keçirilir. 2013 - cü ilin yanvar ayının 1 - nə bankın aktivlərinin həcmi 263.3 mln. manat, kredit portfeli 215.5 mln. manat, depozit portfeli 145.6 mln. manat (hüquqi və fiziki şəxslərin müddətli və tələbli əmanətləri), nizamnamə kapitalı isə 45.3 mln. manat təşkil edib. Hal - hazırda bankın ölkə üzrə 17 filial və 3 şöbəsi fəaliyyət göstərir ki, bunun da 8 filialı reqionlarda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti