...

flydubai aviaşirkəti 2012-ci ilin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2013 16:45 (UTC +04:00)
Dubayın ilk qənaətcil flydubai aviaşirkəti, Maldiv adalarının paytaxtı - Male şəhərinə ilk reys ərəfəsində, 2012-ci ilin yekunlarına görə sərnişin axınının rekord göstəricilərə çatmasını bəyan edib.
flydubai aviaşirkəti 2012-ci ilin yekunlarını açıqlayıb

Dubayın ilk qənaətcil flydubai aviaşirkəti, Maldiv adalarının paytaxtı - Male şəhərinə ilk reys ərəfəsində, 2012-ci ilin yekunlarına görə sərnişin axınının rekord göstəricilərə çatmasını bəyan edib.

flydubai aviaşirkətinin Baş Direktoru Qeyt Əl Qeyt, Dubayın tədbirlərin təşkili və inkişafı üzrə Komitəsinin (DEPE) Baş icraçı Direktoru Leyla Suxeyl, işgüzar turizm üzrə kommersiya marketinqi və turizm Departamentinin (DTCM) icraçı Direktoru Xəməd Bin Mədjran, "Dubay aeroportları" şirkətinin marketinq və korporativ əlaqələr üzrə vitse-prezidenti Anita Mehra ilə birgə mətbuat konfransı keçirib. Tədbirdə MDB, Mərkəzi və Şərqi Avropa, Fars körfəzi ölkələri üzrə sərnişin axınında rekord göstəricilərin əldə edilməsi bəyan edilib. Dubay beynəlxalq hava limanının məlumatına əsasən, 2012-ci ilin üçüncü rübündə MDB ölkələri və Rusiya istiqamətlərindən sərnişin axını, 2011-ci ilin analoji dövrü ilə müqayisədə 34% artıb.

"flydubai aviaşirkətinin MDB ölkələri və Rusiyada fəallq göstərməsi sayəsində, regionun bir çox şəhəri Dubaya birbaşa çıxış əldə edib. Bu amil sərnişin axınında rekord göstəriciləri təmin edib. 2012-ci ilin Noyabr ayında Dubay beynəlxalq hava limanında sərnişin axını kəskin artıb. Məhz flydubai aviaşirkətinin səyləri nəticəsində hava limanımız, planlaşdırılmış göstəricini (56,5 milyon sərnişin) aşaraq, beynəlxalq sərnişin daşımaların həcminə görə dünya üzrə dördüncü yerə çıxıb", - "Dubay Aeroportları" şirkətinin marketinq və korporativ əlaqələr üzrə vitse-prezidenti Anita Mehra bildirib.

"Male şəhərinə bu gün açacağımız hava yolu MDB, Mərkəzi və Şərqi Avropa, habelə Fars körfəzindən sərnişinləri özünə daha da cəlb edəcək. Şərq və Qərb marşrutlarının birləşdiyi məkanda yerləşən, unikal coğrafi mövqeyə malik Dubay - irimiqyaslı maliyyə mərkəzi və məşhur istirahət zonası olaraq il boyu turistləri cəlb edir. Bütün bu amillər, flydubai aviaşirkətinin əlverişli tarif siyasəti ilə birgə, bir çox insanlara geniş çeşidli istiqamətlər üzrə səyahət etmək imkanı yaradır", - flydubai aviaşirkətinin Baş Direktoru Qeyt Əl Qeyt deyib.

2012-ci ildə flydubai-ın xəritəsinə əlavə olan 40% yeni marşrutlar MDB, Mərkəzi və Şərqi Avropa ölkələrin payına düşür. flydubai aviaşirkətinin yeritdiyi siyasət regionlarda genişlənmə və nəqliyyat şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutur. Ötən ilin göstəriciləri bunu parlaq şəkildə nümayiş etdirir.

Hal-hazırda, flydubai MDB regionunun 16 şəhərinə uçuşlar həyata keçirir. Aviareyslər Azərbaycan, Ermənistan, Gürcüstan, Qırğızıstan, Makedoniya, Rusiya, Rumıniya, Serbiya, Türkmənistan və Ukraynanı ehtiva edir. Üstəlik, flydubai Fars körfəzi ölkələrində bütün Yaxın Şərq hava daşıyıcıları arasında ən iri marşrut şəbəkəsinə malikdir. Aviaşirkət hər həftə Bəhreyn, Qatar, Küveyt, Oman və Səudiyyə Ərəbistanına 265 aviareys həyata keçirir.

Bu gün flydubai Dubay beynəlxalq hava limanın ikinci ən iri hava daşıyıcısıdır. Sərnişin axınında müşaiyət edilən rekord göstəriciləri aviaşirkətin marşrut şəbəkəsinin və hava donanmasının dinamik artımı təmin edib.

Eləcə də 2012-ci ildə MDB ölkələri, habelə Mərkəzi və Şərqi Avropadan sərnişin axını, 2011-ci illə müqayisədə 285 faiz, aviareyslərin sayı isə 114 faiz, Fars körfəzi ölkələrindən sərnişin axını, 2011-ci illə müqayisədə 65 faiz, aviareyslərin sayı 36% artıb.

flydubai aviaşirkətinin hava donanmasına Boeing şirkətinin iyirmi səkkiz 737-800 modelli təyyarəsi daxildir. Onlar aviaşirkətin daim genişlənən marşut şəbəkəsinin xidmətindədirlər.

Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Hal-hazırda aviaşirkət marşrut şəbəkəsini 50 istiqamətə kimi (Fars körfəzi, Yaxın Şərq, Şimali Afrika, Hindistan, Kiçik Asiya və Avropanın bir hissəsi daxil olmaqla) genişləndirib. Bu ərazilər üzərində aviaşirkətin 28 təyyarəsi hava nəqliyyatı xidməti göstərir. Dubay höküməti tərəfindən təsis edilən aviaşirkət, uçuşları daha sadə, rahat və əlverişli qiymətlərlə həyata keçirtməyə çalışıraraq, Dubaya turist axınını artırmağa kömək edir. flydubai aviaşirkətinin məqsədi - səyahətləri daha asan, stress hissindən azad və qənaətcil etməkdir. Şirkətin biznes-modeli qənaətcil qiymətlər üzərində qurulub. Aviaşirkət "value-for-money" məhsulunu rəqabətə uyğun təqdim edir. 2012-ci il, Yanvarın 1-dən flydubai sərnişin şəbəkəsi çərçivəsində fəaliyyət göstərən yükdaşıma xidmətini və əlavə 25 istiqamət istifadəyə verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti