...

"flydubai" aviaşirkəti Maldivə ilk aviareysi yerinə yetirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2013 15:05 (UTC +04:00)
Dubayın ilk qənaətcil flydubai aviaşirkəti Maldiv adalarının paytaxtı Male şəhərinə hava yolu açıb.
"flydubai" aviaşirkəti Maldivə ilk aviareysi yerinə yetirib (FOTO)

Dubayın ilk qənaətcil flydubai aviaşirkəti Maldiv adalarının paytaxtı Male şəhərinə hava yolu açıb.

Yeni marşrutun açılması ilə əlaqədar, flydubai aviaşirkətinin Baş Direktoru Qeyt Əl Qeyt FZ561 nömrəli ilk aviareyslə Male şəhərinə gələrək, Maldiv adalarının rəsmiləri ilə birgə "Jumeirah Vittaveli" otelində mətbuat konfransı keçirib.

"flydubai" aviaşirkətinin istifadəyə verdiyi hava yolu Maldiv adalarına səyahət edənlərin sayını artıraraq, eyni zamanda, yerli əhaliyə sərfəli tariflərlə Dubaya uçmaq imkanı yaradacaq. Üstəlik, yeni reys turizm sahəmizin inkişafına təkan verərək, əlavə turist axınının cəlb edilməsinə səbəb olacaq", - Maldivin turizm, mədəniyyət və incəsənət naziri Əhməd Ədib Əbdul Qafur bildirib.

"Yeni ilə Male şəhərinə reyslərin açılması ilə başlamağımızdan çox məmnunuq. Artıq biz əlverişli tariflər və müasir, geniş çeşidli xidmətlərlə daha bir bazara çıxış əldə etdik. Əminəm ki, Maldiv adalarına səyahətlər flydubai aviaşirkətinin marşrut xəritəsini əhatə edən ölkə vətəndaşlarının tələbatlarına cavab verəcək. Xüsusilə, MDB və Fars körfəzi ölkələrini təmsil edən, Dubaydan tranzitlə uçan sərnişinlərin sayının artacağını gözləyirik" , - "flydubai" aviaşirkətinin Baş Direktoru Qeyt Əl Qeyt deyib.

Sərnişinlərə yüksək keyfiyyətli xidmət göstərməyə daim çalışan "flydubai", təyyarələrin göyərtəsində təchiz edilmiş əyləncə sistemi vasitəsilə, dünyada ilk dəfə olaraq, rəqəmsal qəzetlərin gündəlik yenilənməsini təmin edib. eReader platforması dünyanın 45 qəzetini yeddi dildə təsvir edilməsini mümkün edir.

flydubai-ın ilk reysi ilə Maldivə gələnlərin arasında Boeing şirkətinin də nümayəndələri yer alıb. Onlar, 2012-ci ilin Dekabrında yeni Boeing 737-800 təyyarələrinin flydubai aviaşirkətinə istismara verilməsi prosesində iştirak etmişlər.

"Biz "flydubai" aviaşirkəti ilə əməkdaşlıq etməyimizlə fəxr edirik və həmkarlarımıza "Boeing 737" təyyarələrinə yüksək qiymət verdiklərinə görə minnətdarlığımızı bildiririk. flydubai aviaşirkətinin biznes modeli əlverişli tariflər və göyərtədə ən yüksək səviyyəli komfortun yaradılması üzərində qurulub. Qoyulmuş vəzifələri yerinə yetirməyə "Boeing 737"-in mükəmməl texniki göstəriciləri və Sky Interior salonunun unikal interyeri kömək edir", - "Boeing Commercial Airplanes" şirkətinin mədaxil və sərnişinlərə xidmət üzrə regional Direktoru Kent Kreyver deyib.

"flydubai kimi, dünyanın bir çox aviaşirkətləri də bizim təyyarələrə üstünlük verirlər. Məhz buna görə 2012-ci ildə biz növbəti rekorda imza ataraq, 737 model üzrə 1 124 sifariş əldə etdik. Öz növbəsində, flydubai aviaşirkəti rekord sürətlərlə hava donanması və marşrut xəritəsini genişləndirir. Ümidvarıq ki, bu amil səmərəli əməkdaşlığımızın davamı olacağından xəbər verir".

"flydubai" aviaşirkətinin təyyarələri Maldivə həftədə beş dəfə uçur. 6 atol və 1 190 mərcan adası üzərində yerləşən ölkə, xüsusilə, Rusiya, MDB ölkələri və Fars körfəzi turistləri arasında məşhurdur. Burada səyyahları dünya şöhrətli çimərliklər, firuzəyi laqunlar, əsrarəngiz mərcan rifləri, Maldiv adalarının unikal flora və faunası cəlb edir.

"flydubai" komandasını Maldivə hava yolu açmaları münasibətilə səmimi qəlbdən təbrik edirik. İndən belə daha çox insan bu ölkənin ekzotik çimərliklərinə gələ biləcək. Biz isə qonaqlara iki ən dəbdəbəli otelin - Jumeirah Vittaveli və Jumeirah Dhevanafushi-nin xidmətlərini təklif edirik. Əlavə olaraq, biz flydubai aviaşirkətinin Dubay və regionun digər ölkələrinin turizm sahələrinə verdiyi böyük töhfəsini qeyd etmək istərdik" , - "Jumeirah Group" şirkətinin Prezidenti və Baş İcraçı Direktoru Cerald Louless deyib.

Hal-hazırda, flydubai aviaşirkətinin marşrut şəbəkəsi Yaxın Şərq, Afrika, Hindistan yarımadası, Asiya, MDB, Mərkəzi və Şərqi Avropanın 32 ölkə və 50-dən artıq istiqamətini əhatə edir.

Dubay-Male aviareyslərinə "gediş-dönüş" biletinin qiyməti 470 ABŞ dollarından başlayır. Biletin qiymətinə çəkisi 7 kiloya qədər olan əl yükü və noutbuk üçün kiçik çanta daxildir. Çəkisi 20 kiloya qədər olan baqaj yükünün qiyməti 14 ABŞ dollarından başlayır, ayaqlar üçün geniş sahəsi olan yerlərdə oturmaq üçün əlavə olaraq 28 ABŞ dolları ödəmək lazımdır. Təyyarənin göyərtəsində sərnişinlər bir sıra əlavə xidmətlərdən istifadə edə bilərlər: 3 ABŞ dollarından başlayan əyləncə sisteminin müxtəlif opsiyaları, sərinləşdirici içkilər menyusu, Duty Free məhsulları və s.

Dubayın birinci büdcə aviaşirkəti "Flydubai" Dubay hökuməti tərəfindən 2008-ci ilin martında yaradılıb və 2009-cu il iyunun 1-də uçuşlarını yerinə yetirməyə başlayıb. Hal-hazırda aviaşirkət marşrut şəbəkəsini 50 istiqamətə kimi (Fars körfəzi, Yaxın Şərq, Şimali Afrika, Hindistan, Kiçik Asiya və Avropanın bir hissəsi daxil olmaqla) genişləndirib. Bu ərazilər üzərində aviaşirkətin 28 təyyarəsi hava nəqliyyatı xidməti göstərir. Dubay höküməti tərəfindən təsis edilən aviaşirkət, uçuşları daha sadə, rahat və əlverişli qiymətlərlə həyata keçirtməyə çalışıraraq, Dubaya turist axınını artırmağa kömək edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti