...

Azərbaycanın iri bankının məcmu kapitalı 40 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2013 12:34 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri son bir ildə 17,5 faiz artaraq 2013-ci il yanvarın 1-nə 5,891 mlrd. manata çatıb.
Azərbaycanın iri bankının məcmu kapitalı 40 faizdən çox artıb

Azərbaycan, Bakı, 25 yanvar /Trend/

Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri son bir ildə 17,5 faiz artaraq 2013-ci il yanvarın 1-nə 5,891 mlrd. manata çatıb. Trend-in məlumatına görə, bu barədə cümə günü bankın mətbuat xidmətindən məlumat verilib.

Bankın kredit portfeli illik müqayisədə 22,2 faiz artaraq 2013-ci il yanvarın 1-nə 3,856 mlrd. manata çatıb. Fiziki şəxslərə verilmiş kreditlər 436,2 mln. manat təşkil edib.

Bankın məcmu kapitalı il ərzində 40,4 faiz artaraq 720 mln. manata çatıb. Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının həcmi 37,8 faiz artırılaraq 330,8 mln. manata çatdırılıb.

Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 2012-ci ilin sonuna 0,82 faiz, kapitalın gəlirlilik əmsalı (ROE) isə 9,21 faiz təşkil edib. Müqayisə üçün bildirək ki, 2012 ilin yanvarın 1-də bu göstəricilər müvafiq olaraq 0,51 faiz və 3,52 faizə bərabər olub.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib. Bankın səhmlərinin 50,2 faizi dövlətə, 49,8 faizi isə özəl hüquqi və fiziki şəxslərə məxsusdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti