Azərbaycan, Bakı, 4 fevral/Trend, müxbir A. Axundov/
İstehsalı, idxalı və satışı qanunla qadağan edilən duzun Bakıda və regionlarda satışı və istehsalatda istifadəsi davam edir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Trend BİA-da keçirdiyi mətbuat konfransında deyib.
"Ölkədə əhaliyə yodlaşdırılmayan duzun satışı davam edir. Yod çatışmazlığına görə yaranan xəstəliklər geniş yayılıb, bu xəstəliklər əqli çatışmazlığa, zob və digər mənfi fəsadlara səbəb ola bilər" , - Hüseynov qeyd edib.
AİB bazar və istehsal müəssisələrində mütəmadi monitorinqlər aparır.