...

Ağstafada sahibkarlar üçün treninqlər keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2013 18:30 (UTC +04:00)
Bu gün Ağstafa rayonunun Qırılı kəndində İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı, Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün treninqlər keçirilib.
Ağstafada sahibkarlar üçün treninqlər keçirilib

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Bu gün Ağstafa rayonunun Qırılı kəndində İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı, Ağstafa rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün treninqlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Biznes planların və investisiya layihələrinin hazırlanması" mövzusunda keçirilmiş treninqdə biznes ideyanın formalaşması, biznes planların tərtib edilməsi, marketinq araşdırmalarının və SWOT təhlilin aparılması, bu sahədə beynəlxalq təcrübə, məhsul istehsalının, satışının və reklamın təşkili və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

"Ekoloji təmiz kənd təsərrüfatının inkişafı" adlı treninqdə isə "Ekoloji təmiz kənd təsərrüfatının nəzəri əsasları" mövzusunda təqdimat keçirilib, ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili və s. barədə ətraflı məlumatlar verilib.

Bununla yanaşı, tədbirlərdə iştirakçılar İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlar və s. barədə məlumatlandırılıb.

Treninqlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti