...

"Atəşgah" sərfəli KASKO sığortası təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2013 16:21 (UTC +04:00)
Azərbaycanın ən iri sığorta şirkətlərindən biri olan "Atəşgah" 276 manatdan başlayan sərfəli qiymətlərlə avtomobilin KASKO sığortasını nəzərdə tutan yeni “Sərfəli KASKO” məhsulunun buraxılışını həyata keçirib.
"Atəşgah" sərfəli KASKO sığortası təklif edir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 7 mart /Trend/

Azərbaycanın ən iri sığorta şirkətlərindən biri olan "Atəşgah" 276 manatdan başlayan sərfəli qiymətlərlə avtomobilin KASKO sığortasını nəzərdə tutan yeni "Sərfəli KASKO" məhsulunun buraxılışını həyata keçirib. Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

"Sərfəli KASKO" məhsulunu alan hər bir avtomobil sahibi bir sıra üstünlüklər əldə edir:

- minimal qiymətlər
- az məbləğli franşiz
- yerindəcə rəsmiləşdirmə
- ünvana pulsuz çatdırılma
- maksimal sığorta təminatı

Bundan əlavə, 8-31 mart 2013-сü il tarixlərində xanımlara 20% həcmində endirim təqdim olunur.

Əlavə məlumatı (012) 940 əlaqə nömrəsinə zəng etməklə əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti