...

Sahibkarların növbəti maarifləndirilməsi tədbiri Ucarda keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2013 16:50 (UTC +04:00)
Sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərin maarifləndirilməsi, sahibkarlığın məsləhət-informasiya təminatının gücləndirilməsi məqsədilə hər il olduğu kimi, bu il də maarifləndirmə tədbirləri davam etdirilir.
Sahibkarların növbəti maarifləndirilməsi tədbiri Ucarda keçirilib

Azərbaycan, Bakı, 15 mart /Trend/

Sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərin maarifləndirilməsi, sahibkarlığın məsləhət-informasiya təminatının gücləndirilməsi məqsədilə hər il olduğu kimi, bu il də maarifləndirmə tədbirləri davam etdirilir.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin təşkilatçılığı, Ucar rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarların maarifləndirilməsi istiqamətində növbəti tədbir martın 15-də Ucar rayonunda keçirilib.

Treninqlərdə iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT-təhlilin və strateji planlaşdırmanın aparılması, bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması və s. barədə ətraflı məlumatlar verilib.

Tədbirdə, həmçinin İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Treninqlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti