...

İranın azad iqtisadi zonasının potensialı Bakıda turizm sərgisində təqdim ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2013 14:36 (UTC +04:00)
İranın "Araz" azad iqtisadi zonasının potensialı aprelin 4-6-da Bakıda keçiriləcək turizm sərgisində təqdim ediləcək.
İranın azad iqtisadi zonasının potensialı Bakıda turizm sərgisində təqdim ediləcək

Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbirlər E. Tariverdiyeva, Q. Mehdi /

İranın "Araz" azad iqtisadi zonasının potensialı aprelin 4-6-da Bakıda keçiriləcək turizm sərgisində təqdim ediləcək. Trend-in çərşənbə günü IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu iqtisadi zonanın idarəçi direktoru Sadıq Nəcəfi deyib.

O əlavə edib ki, sərgidə turizm firmaları, kustar və sənaye istehsalı nümayəndələri iştirak edəcəklər.

Onun sözlərinə görə, "Araz" Azərbaycanda bazarını genişləndirməyi və qonşu ölkələrlə iqtisadi, ticari əlaqələri yüksəltməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti