...

ADIF müflisləşən "Royal Bank"ın əmanətçilərinə müraciət edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2013 17:15 (UTC +04:00)
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) 2007-ci il avqustun 7-dən fonda üzv olan və 16 iyul 2012-ci il tarixdə sığorta hadisəsi baş vermiş "Royal Bank" ASC-nin bütün əmanətçilərinin diqqətinə çatdırır ki, fond sığorta hadisəsi baş vermiş bankın əmanətçilərinin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.
ADIF müflisləşən "Royal Bank"ın əmanətçilərinə müraciət edib

Azərbaycan, Bakı, 16 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) 2007-ci il avqustun 7-dən fonda üzv olan və 16 iyul 2012-ci il tarixdə sığorta hadisəsi baş vermiş "Royal Bank" ASC-nin bütün əmanətçilərinin diqqətinə çatdırır ki, fond sığorta hadisəsi baş vermiş bankın əmanətçilərinin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı ADIF-in yaydığı məlumatda deyilir.

"Royal Bank" ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə 2012-ci il iyulun 21-də dərc edildiyini nəzərə alaraq, ADIF ərizə qəbulu üçün son müddətin 21 iyul 2013-cü il tarixi olduğunu ictimaiyyətin diqqətinə çatdırır və bu günə qədər qorunan əmanətləri üzrə kompensasiyanın alınması üçün müraciət etməyən əmanətçilərə zəruri sənədləri toplayaraq tez bir zamanda fond tərəfindən seçilən agent banklara ("Muğanbank" ASC, "Bank Respublika" ASC və "AGBank" ASC) və onların filiallarına müraciət etmələrini xahiş edir.

Seçilmiş agent bankların kompensasiyaların ödənilməsində iştirak edən filialları, onların ünvanları və əlaqə telefonları barədə əlavə məlumatı ADIF-in rəsmi internet səhifəsinə (adif.az) daxil olaraq, fondun əlaqə nömrələrinə - (012) 596 65 91/92/93 və "941" qaynar xəttə zəng edərək və ya fondun ofisinə (Bül-bül pr. 40) gələrək almaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti