...

"Paşa Bank" kapitalını 13 faizdən çox artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Aprel 2013 16:45 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Paşa Bank"ın 178 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb.
"Paşa Bank" kapitalını 13 faizdən çox artırır

Azərbaycan, Bakı, 20 aprel /Trend /

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Paşa Bank"ın 178 milyon manat həcmində adi, adlı, sənədsiz səhmlərinin emissiya prospektini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü QKDK-nın yaydığı məlumatda deyilir.

Emissiyanın yerləşdirilməsi 17800 manat nominalında 10000 səhmin 15700 manat nominallı eyni həcmdə səhmə konvertasiya yolu ilə həyata keçiriləcək.

Beləliklə, şirkətin nizamnamə kapitalı 157 milyon manatdan 178 milyon manatadək artacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti