...

Azərbaycan Beynəlxalq Bankı kapitallaşma prosesini başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2013 11:04 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalının 100 milyon manata çatdırılması prosesini yekunlaşdırıb.
Azərbaycan Beynəlxalq Bankı kapitallaşma prosesini başa çatdırıb

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir A. Axundov/

Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalının 100 milyon manata çatdırılması prosesini yekunlaşdırıb. Trend-in məlumatına görə, bu barədə bankın idarə heyətinin çərşənbə günü "Azərbaycan" qəzetində yerləşdirdiyi məlumatda bildirilir.

Məlumata görə, hər bir səhmin nominal dəyəri 0,24 manat olan 416,7 milyon səhmlərin yerləşdirilməsi prosesi 2012-ci il iyunun 4-də başlayıb və bu il aprelin 11-də yekunlaşıb. Səhmlərin yerləşdirilməsi zamanı 422 müqavilə bağlanıb ki, bunlardan ümumi həcmi 100 milyon manat olan vəsait daxil olub.

Bu səhmlərin yerləşdirilməsindən sonra ABB-in nizamnamə kapitalı 340 milyon manata qədər artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti