Azərbaycan, Bakı, 1 may /Trend/
"AtaSığorta" ASC yeni veb-saytını istifadəyə verib.
"AtaHolding" Şirkətlər Qrupundan çərşənbə günü Trend-ə verilən məlumata görə, tamamilə yenilənmiş veb-səhifə müştərilərə şirkət haqqında dolğun məlumat, sığorta qanunvericiliyi, şirkətin məhsulları, həyata keçirilən layihələr, sığorta bazarı və şirkətin fəaliyyəti üzrə yeniliklər və digər önəmli məlumatları təqdim etməklə şirkət haqqında info-mərkəz funksiyasını həyata keçirəcəkdir.
Yeni vizual dizayn və istifadə üçün rahat olan veb səhifə ziyarət edən hər bir şəxsə xoş təəssürat vəd edir - www.atasigorta.az
"AtaHolding" Sirkətlər Qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.