...

Sumqayıtda "Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı" mövzusunda Konfrans keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2013 18:11 (UTC +04:00)
Mayın 1-də İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı” mövzusunda Konfrans keçirilmişdir. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri və sahibkarlar iştirak etmişlər.
Sumqayıtda "Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı" mövzusunda Konfrans keçirilib

Azərbaycan, Bakı, 1 may /Trend/

Mayın 1-də İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə Sumqayıtda Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan regionlarının inkişafı" mövzusunda Konfrans keçirilmişdir. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri və sahibkarlar iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Sumqayıtda Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoymuşlar.

Sonra öz işinə başlayan konfransda müasir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Akif Quliyev Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, bütün sferalarda köklü islahatların həyata keçirilməsi istiqamətində əvəzsiz xidmətlərindən danışmışdır.

İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs etmiş, Ulu Öndərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanın tərəqqisi, milli iqtisadiyyatın yaradılması, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində qazanılmış tarixi nailiyyətlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, dünya iqtisadiyyatına inteqrasiya, iqtisadiyyatın liberallaşması və rəqabət qabiliyyətliliyinin artırılması, büdcə və valyuta ehtiyatlarımızın çoxalması, sahibkarlıq fəaliyyətinin genişlənməsi dahi siyasət korifeyi Heydər Əliyev tərəfindən həyata keçirilmiş sosial-iqtisadi inkişaf strategiyasının başlıca istiqamətləri olmuşdur. Bu gün Heydər Əliyev siyasi xəttinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi inkişafı davamlı xarakter almış, Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, davamlı və dayanıqlı iqtisadi inkişafa malik ölkəyə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşa, qlobal enerji və nəqliyyat layihələrinin fəal iştirakçısına çevrilmişdir.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov, Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev Ulu Öndər Heydər Əliyevin insan kapitalının inkişafı, iqtisadiyyatın müxtəlif sahələrində həyata keçirdiyi islahatlar, regionların və sahibkarlığın inkişafı sahəsində misilsiz xidmətləri barədə məruzələrlə çıxış etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti