...

Mərkəzi Bank: Azərbaycanda ipoteka kreditlərinin qaytarılması ilə bağlı problem sosial xarakter daşıyır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2013 13:03 (UTC +04:00)
Azərbaycan banklarının ipoteka krediti portfelində problemli kreditlərin payı 0,3 faiz səviyyədədir.
Mərkəzi Bank: Azərbaycanda ipoteka kreditlərinin qaytarılması ilə bağlı problem sosial xarakter daşıyır

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir A.Axundov/

Azərbaycan banklarının ipoteka krediti portfelində problemli kreditlərin payı 0,3 faiz səviyyədədir. Bu da ölkədə bu mexanizmin effektivliyini göstərir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, belə halların yarısı iqtisadi aspektlərlə deyil, borcalanın seçimi, sosial problemlərlə bağlıdır.

"Çox aşağı olan bu göstərici onu göstərir ki, bu sahədə yaxşı nizamlanma və effektiv sistem yaradılıb. Bu sahədə defolt iqtisadi yox, sosial xarakter daşıyır, yəni ödəmələrdə problemlər kiminsə boşanması, ailə başçısını itirməsi və s. bağlıdır", - Rüstəmov bildirib.

Bu günədək Azərbaycanda 11 mindən çox ailəyə ipoteka krediti ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti