...

Azərbaycanın maliyyə naziri gürcü həmkarını Bakıya səfərə dəvət edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2013 14:45 (UTC +04:00)
Azərbaycanın maliyyə naziri Samir Şərifov öz gürcü həmkarı Nodar Xadurini Bakıya rəsmi səfərə dəvət edib.
Azərbaycanın maliyyə naziri gürcü həmkarını Bakıya səfərə dəvət edib

Gürcüstan, Tbilisi, 7 may /Trend, müxbir N.Kirtsxaliya/

Azərbaycanın maliyyə naziri Samir Şərifov öz gürcü həmkarı Nodar Xadurini Bakıya rəsmi səfərə dəvət edib. Gürcüstan Maliyyə Nazirliyindən çərşənbə axşamı verilən məlumata görə, iki ölkənin maliyyə nazirlərinin görüşü Hindistanda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 46-cı illik toplantısı çərçivəsində baş tutub.

Məlumatda bildirilir ki, görüş zamanı nazirlər iki ölkənin maliyyə idarələri arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Xaduri, həmçinin Gürcüstan iqtisadiyyatına sərmayələr yatırmaq niyyətində olan bir qrup hindistanlı iş adamı ilə görüşüb. Gürcüstanın maliyyə naziri sahibkarları ölkədəki investisiya mühiti, həmçinin qüvvədə olan vergi qanunvericiliyi ilə tanış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti