...

Azərbaycanda nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqqıları artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2013 04:07 (UTC +04:00)
Azərbaycanda cari ilin birinci rübündə nəqliyyat müəssisələrində işləyən 72,1 min muzdlu işçinin 72,4 faizi dövlət müəssisələrində, 27,6 faizi özəl bölmədə çalışıb.
Azərbaycanda nəqliyyat və rabitə sahələrində çalışan işçilərin əməkhaqqıları artıb

Azərbaycan, Bakı, 11 may /Trend/

Azərbaycanda cari ilin birinci rübündə nəqliyyat müəssisələrində işləyən 72,1 min muzdlu işçinin 72,4 faizi dövlət müəssisələrində, 27,6 faizi özəl bölmədə çalışıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, işçilərin 53,2 faizi yerüstü və boru kəməri, 13,5 faizi su, 14,8 faizi hava nəqliyyatı, 18,5 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.

2012-ci ilin yanvar-mart ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əməkhaqqıları 11,6 faiz artaraq 521,1 manat olub, bu göstərici hava nəqliyyatında 825,4 manat, dəniz nəqliyyatında 672,8 manat, avtomobil nəqliyyatında 490,5 manat, dəmir yolu nəqliyyatında isə 243,1 manat təşkil edib. Əməkhaqqı dəmiryol nəqliyyatında 18,0 faiz, avtomobil nəqliyyatında 17,9 faiz, dəniz nəqliyyatında isə 4,6 faiz artıb.

İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26,8 min nəfər, bir işçinin orta aylıq əməkhaqqısı isə 3,6 faiz artaraq 640,7 manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti