...

Azərbaycan sığorta şirkətləri Rusiyanın aqrar sığortaçıları ilə əməkdaşlıq etmək niyyətindədirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2013 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir A.Axundov/

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Rusiyanın Kənd Təsərrüfatı Sığortaçılarının Milli İttifaqı ilə qarşılıqlı əməkdaşlığa dair saziş imzalayacaq. Trend-in məlumatına görə, bu barədə ASA-nın bazar ertəsi yaydığı məlumatda bildirlir.

Məlumata əsasən, imzalanma mərasimi 20-21 iyun tarixlərində Bakıda keçiriləcək IV Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində imzalanacaq. Forum ASA-nın təşkilatçılığı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin dəstəyi ilə keçiriləcək.

Forumda Rusiya, Ukrayna, Rumıniya, Bolqarıstan, Gürcüstan, Avstriya, Türkiyə, Dünya Bankı, Avropanın ən iri təkrarsığorta şirkətlərindən olan sığorta və təkrarsığorta sahəsində ixtisaslaşmış ən aparıcı ekspertlər iştirak edəcəklər.

Ümumilikdə tədbirdə Qafqaz regionunun, eləcə də Türkiyə, Mərkəzi və Cənubi Asiya, Avropa, Rusiya və MDB-nin sığorta, təkrarsığorta və broker şirkətlərinin 200-dən yuxarı yüksək struktur nümayəndələri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti