Azərbaycan, Bakı, 23 may /Trend/
2013-cü il mayın 16-dan iyulun 31-dək "AccessBank"da "Visa" kartını sifariş verən hər kəs "Visa" şirkəti tərərfindən təşkil olunan "Visa ilə həyat daha rahatdır" aksiyasının iştirakçısı olacaq və hədiyyələr qazanacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı bankın yaydığı məlumatda deyilir.
Aksiya müddəti ərzində "AccessBank"da "Visa Classic" kartını sifariş verən müştəri aşağıdakı hədiyyələri qazanacaq:
- "Buta Sığorta" şirkəti tərəfindən avtomobilinin KASKO sığortalanmasına 20% endirim;
- "Sabina" ətriyyat mağazaları şəbəkəsindən 10% endirim;
- "World Telecom" mağazaları şəbəkəsində bütün aksesuarlara 10% və "Al-Dəyiş" proqramında iştirak üçün 50% endirim;
- "Park Cinema" kinoteatr şəbəkəsindən hədiyyə.
Daha yüksək səviyyəli "Visa" kartları (Visa Gold, Visa Platinum, Visa Infinite) açdıqda daha böyük endirimlər olacaq:
- "Buta Sığorta" şirkətindən avtomobilinin KASKO sığortalanmasına 40% endirim;
- "Sabina" ətriyyat mağazaları şəbəkəsindən 20% endirim;
- "World Telecom" mağazaları şəbəkəsində bütün aksessuarlara 30% endirim və "Al-Dəyiş" proqramında iştirak etmək üçün 100%-dək endirim;
- "Park Cinema" kinoteatr şəbəkəsindən hədiyyə
- "Sumakh" restoranında bütün menyuya 20% endirim.
Yuxarıda qeyd olunan şirkətlərin cazibədar endirimləri 2013-cü il sentyabrın sonuna qədər qüvvədə olacaq.
Müştərilər "Visa" plastik kartlarını AccessBank-ın istənilən filialında əldə edə və ya banka gəlmədən sadəcə əlavə olunmuş linkə daxil olaraq onlayn rejimdə sifariş verə bilərlər. http://accesscard.az/debet_cards/
АccessBank-ın missiyası, aşağı və orta gəlirli Azərbaycan ailələrinə, eləcə də mikro və kiçik sahibkarlara maliyyə xidmətləri göstərməkdən ibarətdir. АccessBank beynəlxalq Fitch reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (BB+ "sabit" proqnoz), həmçinin Global Finance (2011) və Euromoney Nəşriyyat Qrupu (2010, 2011 və 2012-ci illərdə) tərəfindən "Azərbaycanın ən yaxşı bankı" və The Banker nəşri tərəfindən isə "İlin bankı" adına layiq görülüb (2011). AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, KFW Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı, mikromaliyyələşdirmə sahəsində strateji investor qismində çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH şirkətləridir.
Daha ətraflı məlumat almaq üçün Nigar Məmmədova ilə əlaqə saxlaya bilərsiniz:
(99412) 408 23 47, 408 23 87 və ya [email protected].