...

Nazir: Azərbaycan və Rusiya nəqliyyat sahəsində uğurla əməkdaşlıq edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 May 2013 14:20 (UTC +04:00)
Azərbaycan və Rusiya nəqliyyat sahəsində uğurla əməkdaşlıq edirlər.
Nazir: Azərbaycan və Rusiya nəqliyyat sahəsində uğurla əməkdaşlıq edirlər

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir E.Kosolapova/

Azərbaycan və Rusiya nəqliyyat sahəsində uğurla əməkdaşlıq edirlər. Bu barədə Trend-ə Rusiyanın nəqliyyat naziri Maksim Sokolov bildirib.

"Bizim ənənəvi olaraq yaxşı əlaqələrimiz var. Təkcə nazirliklər səviyyəsində yox, həm də şəxsi səviyyədə (azərbaycanlı həmkarla). Bu barədə Sokolov Trend-ə Leypsiqdə keçirilən Beynəlxalq Nəqliyyat sammitinin kluarlarında bildirib.

Sokolovun sözlərinə görə, Azərbaycan və Rusiya tərəfindən həmişə bir sıra irəliləyən birgə layihələr həyata keçirilir və hazırlanır:

"Bu gün ən vacib layihə Samur çayı üzərindən çəkiləcək yeni körpü keçididir".

Nazirin sözlərinə görə, bu layihə Dağıstan Prezidentinin səlahiyyətlərini icra edən Ramazan Abdulatipovla yaxınlarda baş tutan görüşdə də müzakirə olunub.

Sokolov bildirib ki, bundan əlavə, tərəflər Rusiya-Azərbaycan-İran marşrutu üzrə tranzit dəmiryolu layihəsi hazırlayırlar:

"Şimal-Cənub" layihəsi çərçivəsində optimal marşrut modelinin seçilməsi işləri aparılır. Ancaq bu layihə ilə bağlı konkret nəticələr barədə danışmaq hələ tezdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti