Azərbaycan, Bakı, 31 may /Trend, müxbir A.Axundov/
Azərbaycan-Almaniya Xarici Ticarət Palatası (AHK Aserbaidschan) Azərbaycan bazarı üçün Almaniyanın bəzi istehsalçılarının spirtli içkilərini təqdim edib.
Trend-in məlumatına görə, təqdimatda "Brauerei Zoller-Hof" və "Graf-Fleischhut" pivə brendləri, həmçinin "Weingut Leitz", "Einig-Zenzen", "Westhofen" və "Kalkboedele" şərab istehsalçılarının məhsulları nümayiş etdirilib.
Təqdimat mərasimi Almaniyanın Federal Ərzaq, Kənd Təsərrüfatı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Nazirliyinin dəstəyilə keçirilir.
Qeyd edək ki, Azərbaycan-Almaniya Xarici Ticarət Palatası 2012-ci ilin noyabr ayında yaradılıb.