...

May ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri dəyişməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2013 19:02 (UTC +04:00)
Azərbaycanda may ayında satılmış kənd təsərrüfatı məhsullarından birillik bitkilərin istehsalçı qiymətlərinin 0,2 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin 1,0 faiz ucuzlaşmasına, çoxillik bitkilərin istehsalçı qiymətlərinin isə 5,1 faiz bahalaşmasına baxmayaraq, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.
May ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri dəyişməyib

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Azərbaycanda may ayında satılmış kənd təsərrüfatı məhsullarından birillik bitkilərin istehsalçı qiymətlərinin 0,2 faiz, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətlərinin 1,0 faiz ucuzlaşmasına, çoxillik bitkilərin istehsalçı qiymətlərinin isə 5,1 faiz bahalaşmasına baxmayaraq, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 2,4 faiz, arpanın 0,4 faiz, kartofun 0,2 faiz, kələmin 2,2 faiz, baş soğanın 2,3 faiz, qırmızı turpun istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb, pomidorun istehsalçı qiymətləri 0,2 faiz, xiyarın 13,8 faiz, göyərtilərin 3,9 faiz, quru otun 8,2 faiz, yoncanın 7,6 faiz, baş sarımsağın istehsalçı qiymətləri isə 1,0 faiz ucuzlaşıb.

Çoxillik bitkilərdən fındığın istehsalçı qiymətləri 3,5 faiz ucuzlaşıb, qozun istehsalçı qiymətləri 0,2 faiz, limonun istehsalçı qiymətləri isə 11,0 faiz bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,6 faiz, qoyun ətinin (diri çəkidə) istehsalçı qiymətləri 1,6 faiz bahalaşıb. Bu bahalaşma ilə yanaşı, ay ərzində diri qoyun və keçilərin istehsalçı qiymətləri 3,2 faiz, inəyin 1,9 faiz, camışın 0,4 faiz, hind toyuğunun 0,8 faiz, südün 0,3 faiz, yumurtanın 14,0 faiz, quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri isə 1,3 faiz ucuzlaşıb.

Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 2,8 faiz ucuzlaşma müşahidə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti