...

Azərbaycanda çörək istehsalçılarının fəaliyyəti lisenziyalaşdıra bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyun 2013 14:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir E.Əliyev/

Azərbaycanda çörək istehsalçılarının fəaliyyəti ilə bağlı məcburi lisenziyalaşdırmanın tətbiqi imkanı istisna edilmir.

Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə açıqlmasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Texniki Tənzimlənmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin şöbə müdiri Məsim Babayev bildirib: "Hazırda Azərbaycanda ərzaq məhsullarından yalnız alkoqol və tütün məhsulunun istehsalı lisenziyalaşdırılıb. Lakin çörək-bulka məmulatlarının istehsalının da bu siyahıya daxil ediləcəyi istisna edilmir".

Onun sözlərinə görə, hazırda istehsalçılar tərəfindən çörəyin məcburi qablaşdırması haqqında bəndin standartına əlavə edilməsi məsələsi müzakirə edilir: "Çörək açıq şəkildə satılır ki, bu da məhsulun çirklənməsi riskini artırır. Bununla əlaqədar olaraq çörəyin xüsusi kağız qablaşdırmada məcburi satışı ilə bağlı təkliflər səsləndirilib. Ola bilər ki, bu bənd gələcəkdə standarta daxil edilsin".

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində çörək istehsalının standartlaşdırılması ilə bağlı Texniki Komitə yaradılıb.

Babayev vurğulayıb ki, "komitənin tərkibinə o cümlədən istehsalçılar və QHT nümayəndələri dəvət olunub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti