...

2013-ci ilin sonuna kimi Bakıda dörd yolayrıcının tikintisi başa çatdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2013 14:43 (UTC +04:00)
Bu ilin sonuna kimi Bakı şəhərində Ziya Bünyadov prospektində yenidənqurma və inkişaf işləri nəticəsində dörd yolayrıcının tikintisi başa çatdırılacaq.
2013-ci ilin sonuna kimi Bakıda dörd yolayrıcının tikintisi başa çatdırılacaq

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir E.İsmaylov/

Bu ilin sonuna kimi Bakı şəhərində Ziya Bünyadov prospektində yenidənqurma və inkişaf işləri nəticəsində dörd yolayrıcının tikintisi başa çatdırılacaq.

Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında nəqliyyat nazirinin müavini Musa Pənəhov bildirib: "Ziya Bünyadov prospektində 4 yeni yolayrıcının tikinti işləri davam etdirilir və onlar bu ilin sonuna kimi yekunlaşdırılacaq".

Nazir müavininin sözlərinə görə, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarına hazırlıq çərçivəsində Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel olaraq çəkiləcək avtomobil yolunun layihələndirilməsi prosesi yekunlaşır: "Yaxın vaxtlarda burada artıq işlərə başlanılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti