...

Avropa İttifaqı Şurasının prezidenti: Cənub Qaz Dəhlizi Azərbaycan və Aİ üçün çox mühim strateji layihədir (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2013 14:07 (UTC +04:00)
Trend-in məlumatına görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy cümə günü Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Avropa İttifaqı Şurasının prezidenti: Cənub Qaz Dəhlizi Azərbaycan və Aİ üçün çox mühim strateji layihədir (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 21 iyun / Trend, müxbir A.Bədəlova /

Cənub Qaz Dəhlizi Azərbaycan və Aİ üçün çox mühim strateji bir layihədir.

Trend-in məlumatına görə, bunu Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy cümə günü Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Van Rompuy vurğulayıb ki, bu gün o, Azərbaycan Prezidenti ilə Azərbaycan və Aİ arasında qarşılıqlı maraq doğuran, o cümlədən hər iki tərəfin əlaqələrinin inkişafına xidmət edən məsələlər üzrə açıq, geniş və konstruktiv müzakirələr aparıb. Həmçinin tərəflər ikitərəfli əlaqələrin inkişafını da müzakirə ediblər.

Van Rompuy bildirib: "Bizim müzakirə etdiyimiz məsələlər sırasında energetika da var idi. Mən hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizi layihəsi üzrə əldə olunan nəzərəçarpan inkişaf barədə öz məmnunluğumu bölüşdüm".

Van Rompuyun bəyanatı Avropa İttifaqı Şurasının rəsmi internet səhifəsində yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti