...

Azərbaycan nümayəndəsi BMT-nin Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun sədri seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2013 13:36 (UTC +04:00)
Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi BMT Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun, eləcə də İşçi Qrupunun Bürosunun sədri seçilib.
Azərbaycan nümayəndəsi BMT-nin Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun sədri seçilib

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir E.Əliyev/

Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi BMT Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun, eləcə də İşçi Qrupu Bürosunun sədri seçilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı komitənin yaydığı məlumatda bildirilir.

Bu barədə qərar Qırğızıstanın Bişkek şəhərində komissiyanın üzvü olan 56 dövlətin açıq səsverməsi yolu ilə keçirilən seçkilər nəticəsində qəbul olunub.

Seçkilər nəticəsində İşçi Qrupu Bürosuna 11 dövlət (Avstriya, Azərbaycan, Böyük Britaniya, Danimarka, Gürcüstan, İrlandiya, İsveç, İtaliya, Hollandiya, Qırğızıstan və Yunanıstanın müvafiq dövlət qurumları) üzv seçilib.

Sessiyanın gedişi zamanı komissiyanın 2011-2012-ci illərdə fəaliyyətinin qiymətləndirilməsi aparılıb, İşçi Qrupunun 2014-2015-ci illər üçün Fəaliyyət Proqramının layihəsi, habelə digər məsələlər geniş müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Azərbaycan BMT Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupuna 2011-ci ildə üzv olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti