...

Azərbaycan bankları evlərin alınmasının maliyyələşdirilməsini artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2013 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İ.Xəlilova/

Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2013-cü ilin yanvar-iyul aylarında 61,16 milyon manat məbləğində kredit verilib ki, bu da 2012-ci ilin analoji dövründə qeydə alınan maliyyələşdirmə həcmini 1,75 dəfə üstələyir. Trend-in məlumatına görə, bu barədə AİF-in statistik hesabatda deyilir.

İyun ayında banklar evlərin alınmasının maliyyələşdirilməsini 1,85 dəfə artıraraq bu məqsədlər üçün 18,89 milyon manat həcmində kredit ayırıb.

AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2013-ci ilə qədər 481,35 milyon manat (2012-ci ildə 74,77 milyon manat, 2011-ci ildə 95,64 milyon manat, 2010-cu ildə 97,08 milyon manat, 2009-cu ildə 76,9 milyon manat, 2007-ci ildə 70,2 milyon manat, 2006-cı ildə isə 5,6 milyon manat) dəyərində ipoteka krediti ayrılıb.

2013-cü ilin yanvar-iyun ayları ərzində bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşdirilməsinin ümumi həcmi 35,64 milyon manat (2012-ci ilin 6 ayı üzrə göstəricidən 19,8 faiz az) təşkil edib.

İyun ayında, həmçinin sosial ipotekanın maliyyələşdirilməsi üçün vəsait ayrılmayıb, 2013-cü il dövlət büdcəsində sosial ipoteka üçün 40 milyon manat nəzərdə tutulub, bu vəsaitdən Fonda hələlik 20 milyon manat köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti