Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir E.Əliyev/
Hesablama Palatası "Azərbaycan Dəmir Yolları" QSC-nin auditini keçirəcək. Bu barədə Trend palatanın rəsmi saytına istinadən məlumat verir.
Məlumatda bildirilir ki, Hesablama Palatasının Kollegiya iclasında Şabran rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən və dövlət büdcəsinin ehtiyat fondundan ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi, Bakı şəhərinin Yasamal rayonu üzrə Dövlət Torpaq Fondunun (o cümlədən dövlət mülkiyyətində olan torpaqların) bölgüsü, istifadə vəziyyəti və onun barəsində verilmiş sərəncamların uyğunluğu, dövlət büdcəsindən Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin icrası, dövlət rüsumlarının hesablanması və ödənilməsi, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin tabeliyində olan "Azərbaycan Dəmir Yolları" QSC-yə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin istifadəsi və Qazax rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və Azərbaycan Prezidentinin ehtiyat fondundan ayrılan vəsaitlərin istifadəsi üzrə audit proqramları təsdiq edilib.