...

"Kapital Bank" nizamnamə kapitalını 30 milyon artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2013 16:26 (UTC +04:00)
İyulun 18-dən Bakı Fond Birjasında (BFB) "Kapital Bank" ASC-nin 30 milyon manat dəyərində adi, adlı, sənədli səhmlərinin emissiyasının yerləşdirilməsinə başlanılır.
"Kapital Bank" nizamnamə kapitalını 30 milyon artırır

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir E.Əliyev/

İyulun 18-dən Bakı Fond Birjasında (BFB) "Kapital Bank" ASC-nin 30 milyon manat dəyərində adi, adlı, sənədli səhmlərinin emissiyasının yerləşdirilməsinə başlanılır. Trend-in məlumatına görə, bu barədə BFB-nin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, emissiya çərçivəsində kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 10 manat olan 3 milyon ədəd səhm buraxılacaq.

Sövdələşmənin anderrayteri qismində "Çelsi Kapital" ASC çıxış edir.

Məlumatda qeyd olunur ki, emissiyanın yerləşdirilməsi nəticəsində bankın nizamnamə kapitalı 80 milyon manatadək artırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti