...

Bakıda saxta qadın geyimləri satan şəxslər barəsində iş qaldırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2013 16:41 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 148 ünvanında fəaliyyət göstərən fiziki şəxs Adil Əsədova və Bakı şəhəri, Nərimanov rayonu, Xoyski prospekti, 136 ünvanında fəaliyyət göstərən fiziki şəxs Mehman Umudova məxsus mağazalarda aparılan yoxlamalar zamanı “Romantic” MMC-yə məxsus “MixRay” əmtəə nişanının təqlidi olan saxta qadın geyimlərinin satıldığı aşkar edilib.
Bakıda saxta qadın geyimləri satan şəxslər barəsində iş qaldırılıb

Azərbaycan, Bakı, 18 iyul /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 148 ünvanında fəaliyyət göstərən fiziki şəxs Adil Əsədova və Bakı şəhəri, Nərimanov rayonu, Xoyski prospekti, 136 ünvanında fəaliyyət göstərən fiziki şəxs Mehman Umudova məxsus mağazalarda aparılan yoxlamalar zamanı "Romantic" MMC-yə məxsus "MixRay" əmtəə nişanının təqlidi olan saxta qadın geyimlərinin satıldığı aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, haqsız rəqabətə yol verdiklərinə görə Dövlət Xidməti tərəfindən Adil Əsədov və Mehman Umudov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti