...

"Atəşgah"da çalışan hər bir sığorta məsləhətçisi şəxsi avtomobil qazanmaq fürsətini əldə etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2013 19:02 (UTC +04:00)
Azərbaycan sığorta bazarının lider şirkətlərindən biri olan “Atəşgah” sığorta məsləhətçilərinə avtomobil əldə etmək imkanı yaradıb.
"Atəşgah"da çalışan hər bir sığorta məsləhətçisi şəxsi avtomobil qazanmaq fürsətini əldə etdi

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Azərbaycan sığorta bazarının lider şirkətlərindən biri olan "Atəşgah" sığorta məsləhətçilərinə avtomobil əldə etmək imkanı yaradıb.

Belə ki, 1 iyul - 31 dekabr 2013-cü tarixləri arasında minimum 350 ədəd nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (NVSMMİS) məhsulunun satışını həyata keçirən hər bir sığorta məsləhətçisi müsabiqədə iştirak etmək hüququ qazanır.

Müsabiqə üzrə iştirakçılar arasında qalibin seçilməsi püşkatma yolu ilə müəyyən olunacaq.

Qaliblər:

Birinci yer - Chevrolet Cruze avtomobili;
İkinci yer - motosiklet;
Üçüncü yer - velosiped əldə edəcək.

Sığorta məsləhətçisi arzusunda olan hər bir şəxs özünü müsabiqədə sınaya bilər.

Qeyd edək ki, "Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilmişdir. "Atəşgah" Sığorta Qrupuna "Atəşgah" SŞ, "Atəşgah Həyat" SŞ və "Atəşgah" Sığorta Agentliyi daxildir. 2012-ci ilin nəticələrinə görə, Qrupun sığorta haqları 53,5 mln. AZN, ödənişləri isə 13,2 mln. AZN təşkil edib. "Atəşgah" SQ müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti