...

İlin əvvəlindən Azərbaycanda güzəştli maliyyələşdirmənin təqribən yarısı aqrar sektora ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyul 2013 12:59 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2013-cü ilin I yarısında 179,78 milyon manat dəyərində 2066 layihəni maliyyələşdirib.
İlin əvvəlindən Azərbaycanda güzəştli maliyyələşdirmənin təqribən yarısı aqrar sektora ayrılıb

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir E.Əliyev/

İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2013-cü ilin I yarısında 179,78 milyon manat dəyərində 2066 layihəni maliyyələşdirib. Trend-in məlumatına görə, bu barədə şənbə günü Fondun rəsmi mətbuatda dərc edilmiş balans hesabatında deyilir.

Hesabata əsasən, SKMF-nin güzəştli kreditləri hesabına bu layihələrin həyata keçirilməsi 7351 yeni iş yerinin yaradılmasına kömək edəcək. Bu yeni iş yerlərinin 45,5 faizinin kənd təsərrüfatı məhsulları istehsalı sahəsində yaradılacağı nəzərdə tutulub.

SKMF yanvar-iyun aylarında müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahəsində 66,72 milyon manat dəyərində 90 layihəni maliyyələşdirib. Kənd təsərrüfatı məhsullarının emalı sahəsində 6 layihənin həyata keçirilməsinə 26,25 milyon manat, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində isə 19 667 layihəyə 81,73 milyon manat ayrılıb.

Hesabat dövrü ərzində Fond 25,26 milyon manat dəyərində (verilmiş kreditlərin ümumi portfelinin 14,1 faizi) 2011 kiçik həcmli kredit (kreditlərin ümumi sayının 97,4 faizi) ayırıb. Bu dövr ərzində 153,59 milyon manat məbləğində (85,4 faiz) 48 iri həcmli kredit (2,3 faiz) ayrılıb.

SKMF bu il 250 milyon manat dəyərində kredit ayırmağı planlaşdırır, bu vəsaitdən 100 milyon manat kreditlərin geri qaytarılması, qalan 150 milyon manat isə dövlət büdcəsi vəsaitləri hesabına təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti